6 İyul 2014 16:45
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti tarixi İpək Yolunun bərpa olunması ilə bağlı yeni layihə hazırlayır.

Avrasiya Sürətli Qatar Yolu (ASQY) adlı 6 min kilometrlik nəqliyyat xətti Qırğızıstan, Özbəkistan, Türkmənistan, İrandan keçməklə Türkəyəyə qədər uzanacaq.

Rəsmi Pekin Sincan Uyğur bölgəsindən start götürəcək olan layihə üçün 150 milyard dollar xərcləyəcək. ASQY-nin Qafqaz ərasində Qars-Ahılkələk-Tiflis-Bakı dəmir yolu xətti ilə birləşəcəyi də bildirilir.

Orta Şərq Strateji Araşdırmalar Mərkəzindən bildiriblər ki, bu yolla Qars-Ahılkələk-Tiflis-Bakı dəmir yolu xəttinin sərnişin tutumu da genişlənəcək.

Yeni Türkiyə-Çin dəmir yolu xətti Marmaray və Boğazın altı ilə inşa ediləcək Avrasiya tuneli vasitəsi ilə davamlı olaraq fəaliyyət göstərəcək.

Çinin ən böyük qatar hazırlayan şirkətlərindən birindən verilən açıqlamada qeyd olunub ki, dəmir yolu xətti 2030-cü ilə qədər tam hazır olacaq.

Yeni şərnişin qatarlarının sürətinin saatda 200 kilometr, yük qatarlarının isə saatda 160 kilometr olacağı bildirilir./anspress/


Müəllif: