10 Yanvar 2017 17:45
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 21-22-də Vyanada OPEK-in neft hasilatının azaldılmasının Monitorinq Komitəsinin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, keçən il noyabrın 30-da OPEK üzvü olan ölkələrin görüşündə bütövlükdə OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq hasilatın 32,5 milyon barrelə endirilməsi barədə razılığa gəlinib.

Dekabrın 10-da Vyanada OPEK üzvləri ilə neft hasil edən, lakin bu təşkilata daxil olmayan ölkələrin görüşü keçirilib.

OPEK-ə daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılmasına razılıq veriblər. Hasilatın azaldılması yanvarda başlanmalı idi. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər