ABŞ Maliyyə Nazirliyi 100 dollarlıq sikkədə ilk dəfə "xanım Azadlığı" qaradərili qadın şəkilində təcəssüm etdirəcək.
Teleqraf.com xəbər verr ki, ABŞ Zərbxanasının 225-ci il dönümünü qeyd edən sikkənin üzərində xanım Azadlıq ulduzlu tac və toqaya bənzəyən geyimdədir.
24 karatlıq qızıl sikkənin ağırlığı 28 qram və dəyəri 100 ABŞ dolları olacaq.
ABŞ Zərbxanası bildirib ki, gələcəkdə xanım Azadlığı asiyalı, latin amerikalı və hindistanlı kimi digər etnik azlıqların qadınları ilə təsvir etməyi planlaşdırır.
Ümumilikdə 100 min qızıl sikkə istehsal olunacaq və satışa aprelin 6-sı buraxılacaq.