Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, təməlqoyma mərasimi İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Layihənin tərəfdaşları "TPİCO" (İran, 49%), "Azersun Holding" (26%) və Azərbaycan İnvestisiya Şirkətidir (25%).
Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil ediləcək.
Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq.