16 Yanvar 2017 15:26
4 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mağazalarda xaricdən gətirilən hinduşka ətinə yaxın duran yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklik hinduşka ətinə tətbiq edilmir: “Buna görə də işadamları satış üçün daha çox hinduşka əti gətirir. Bu ətin üzünə baxan yoxdur. Çünki hinduşka ətinin 1 kiloqramına 14-15 manat pulu heç kəs qıymır. İnsanlar adətən, bayramlarda kənddə saxlanan hinduşka əti alır, bununla kifayətələnirlər”.

Sözügedən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu müəyyənləşdirilib.

Cəmiyyət sədri deyir ki, Azərbaycanda 5 il əvvəl hinduşka broyler təsərrüfatı yaradılıb. Amma özünü doğrultmadığına görə bağlanıb: “Hinduşkanı qapalı şəkildə saxladıqda, çəkisi çoxalır. Əslində onu qapalı yerdə saxlamaq da olmur. Buna görə də broyler hinduşkalarının saxlanmasına üstünlük verilmir”.

Aydın Vəiyev bildirib ki, xaricdən gətirilən toyuqlara rüsum tətbiqi müsbət haldır: “Düşünürəm ki, daxili məhsul artacaq. Hələ mağazalarda xaricdən gətirilən quş əti var. Təbii ki, baha başa gəlir deyə məhsul idxalı tədricən azalacaq”.

Azərbaycanda broyerler toyuqların saxlanmasının baha başa gəldiyini diqqətə çatdıran Aydın Vəliyev deyir ki, quşlara verilən yemlər xaricdən gətirilir: “Quşlara əasən qarğıdalı, buğda, günəbaxan yağı verilir, bunlar da xaricidən alınır.

Broylerdə saxlanan quşlar quş qripinə yoluxmur. Onlar qapalı şəkildə saxlanılır, digər quşlardan virus qəbul etmirlər. Bunun üçün 1 tövləni 300 min avroya pul alırlar. Qapalı saxlanan quşlar təhlükəsiz olur”.

Cəmiyyətinin sədri qeyd edib ki, 3 ildən çoxdur ölkəyə yumurta idxal olunmur: “Mağzalarda yumurta qıtlığı yoxdur, ola da bilməz. Ölkəyə yalnız damazlıq yumurta gəlir. Biz özümüz xarici ölkəyə yumurta satmağı planlaşdırıq. Bunun üçün İraqa, Türkmənistana müraciət edilib. Yumurtanın qiyməti bizdə standartdır. Mağazaların onu baha satma səbəbi bizə də məlum deyil”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər