Yanvarın 19-da Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair; büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyətinə dair; dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və onun struktur vahidlərinə (seçmə üsulla) dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri üzrə təqdimatın icra vəziyyəti barədə həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib.
Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış digər audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.