Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara hazır olacağı tarix açıqlanıb.
Teleqraf.com Türkiyənin "Anadolu" xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikinti işlərinin bitməsinə iki ay qalıb: "Hazırda ərazidə iş fəal surətdə gedir. Lakin qış mövsümünün çətinliklərini nəzərə alaraq, etiraf etməliyəm ki, BTQ çərçivəsində işlərin cari ilin mart-aprel aylarında yekunlaşdırılması nəzərdə tutulub".
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu lahiyəsi Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərini keçməklə Türkiyənin Qars şəhərinə gedəcək.
Dəmir yolu xəttinin təməli 2007-ci ildə qoyulub.