Azərbaycanda meşə fonduna aid torpaql sahələrinin icarəyə verilməsi üçün maksimal müddət artırılır.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov məlumat verib.
E.İbrahimov Meşə Məcəlləsinə dəyişiklik edilməsi təklif olunduğunu bildirib: “Bu, o demək deyil ki, torpaq ancaq 49 ilə icarə veriləcək. Torpaqların icarə verilməsi müddəti maksimum 49 il olacaq”.
Daha sonra iclasda “Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiq edilib və Milli Məclisin yaz sessiyasının gündəliyinə salınıb.
Xatırladaq ki, hazırda torpaqlar 1 ildən 10 ilə qədər müddətə icarə verilə bilər. Müvafiq qanun layihəsində isə maksimal müddətin 49 ilə çatdırılması öz əksini tapıb.
Cavad