Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) hasilatın azaldılmasını nəzərdə tutan sazişə rekord səviyyədə əməl edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (İEA) məlumat yayıb.
Bildirilir ki, OPEC neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə 90 faiz əməl edib. Yanvarda OPEC-in hasilatı gündəlik 32,1 milyon/barrel azalıb.
Səudiyyə Ərəbistanı isə yanvar ayında neft hasilatını azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyə 116 faiz əməl edib.
11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.