9 İyul 2014 13:38
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu il “Azerispace-1” peykinin ixrac həcminin 15 milyon dollar olacağı barədə məlumat verib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, əgər keçən il “Azerispace-1” 9-10 milyon ABŞ dolları həcmində xidmət ixrac etmişdisə, bu il bu ixracın həcminin 15 milyon dollar olacağı gözlənilir. Onun sözlərinə görə, regionda olan bir çox peyklərin içərisində “Azerispace-1” öz keyfiyyəti, əhatə dairəsi və xidmətinə görə fərqlənməyə başlayıb:

“Artıq bir çox televiziya şirkətləri Azərbaycan peykinə gəlirlər. Bu gün 100-dən telekanal və xüsusi rabitə sistemləri “Azerispace-1”ə qoşulub. İxracın həcminini artması da onu göstərir ki, “Azerispace” artıq öz fəaliyyətini genişləndirir”.

Naibə QURBANOVA


Müəllif: