Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı baş tutub.
Teleqraf.com xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşıb.
Xatırladaq ki, həftənin ilk hərracında bu məzənnə 1.7296 manat olub.
Fins.az-ın məlumatına görə, hərracdan dərhal sonra Azərbaycanın bir çox bankları dolların qiymətini qaldırıblar.
"Turanbank" dolların alışını 15 qəpik artırıb - 1.7350 manatadək, satışını 25 qəpik qaldıraraq 1.8250 manata bərabər edib. "Accessbank" da dolların satış qiymətini 0,2 manat artırıb. Hazırda bank dolları 1.8200 manata satır. "Bank of Baku" isə dolların alış qiymətini 25 qəpik bahalaşdırıb.