18 Fevral 2017 18:59
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 127,8 mln. manatlıq xidmət göstərilib.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu xidmətlərin 71,3%-i əhali sektoruna aid olub. 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2017-ci ilin yanvarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,3% azalıb. Bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər