18 Fevral 2017 18:13
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədənçıxarma sənayesində işləyənlərin orta aylıq əməkhaqqı 30 faiz artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, ötən ay sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azalıb.

Sənaye məhsulunun 72,3 faizi isə mədənçıxarma sektorunda istehsal edilib.

2016-cı ildə mədənçıxarma sənayesində işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,0 faiz artıb. İl ərzində mədənçıxarma sənayesi üzrə çalışan bir işçinin orta aylıq əməkhaqqı 2 min 792,3 manat olub.

Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə əlavə bonusların verilməsi və onların əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.


Müəllif: