Əmlak Məsələləri Dövlət Komitəsi martın 28-də növbəti hərrac keçirəcək.
Teleqraf.com xəbər verir ki, həmin gün kiçik müəssisə və obyektlər, avtomobillərlə yanaşı gəmilər də satışa çıxarılacaq.
Gəmilərdən biri "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, digəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Onlar 1967 və 1970-ci illərdə istehsal edilib.
Gəmilərdən birinin ilkin satış qiyməti 10 min, digərinin isə 30 min manat manat müəyyən edilib.