Mart ayında Rusiya-Azərbaycan-İran enerji dəhlizinin reallaşdırılmasının gedişi müzakirə olunacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Nazir bildirib ki, bu layihə İranın energetika naziri ilə də müzakirə olunub: “Biz razılığa gəlmişik ki, mütəxəssislərimiz mart ayının ortalarında görüşəcək, layihənin həyata keçirilməsini müzakirə edəcəklər”.
“Şimal-Cənub” enerji dəhlizi ilə elektrik enerjisi Rusiyadan Azərbaycana və ölkəmizdən isə İrana ixrac ediləcək.