22 Fevral 2017 14:49
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, fevralın 22-də nahardan sonra banklarda dollar ucuzlaşmağa başlayıb.

Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, "Bank Respublika" dolların satışını 1.8190 manatdan 1.8100 manata endirib.

Səhər saatlarında dolları 1.8250 manata satan "Günay Bank" indi 1.8150 manata satır. ABŞ valyutasının alışı isə 1.7900 manatdan 1.7800 manata enib.

"Bank Silk Vey" dolların satışını 1.8150 manatdan 1.8120 manata salıb. "Nikoyl Bank" ABŞ valyutasının alışını 1.7500 manatdan 1.7300 manata, satışını isə 1.8200 manatdan 1.8100 manata endirib.

"Accessbank" da dollar 1.8250 manata satıır. Səhər bu məzənnə 1.7300 manat idi.


Müəllif:

Oxşar xəbərlər