23 Fevral 2017 00:22
460

Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

Bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.
/APA/


Müəllif: