1 Mart 2017 19:26
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları yanvarla müqayisədə 42,1 milyon dollar (0,97 faiz) artaraq 4 369,3 milyon dollara çatıb.

Bu barədə Teleqraf.com-a AMB-yə istinadən məlumat verir.

2016-cı ilin fevral ayı ilə müqayisədə ehtiyatlar 8,5 faiz artıb.

Qeyd edək ki, ötən il ərzində AMB-nin valyuta ehtiyatları 2015-ci illə müqayisədə 1 042,3 milyon dollar və ya 20,78 faiz azalmışdı.


Müəllif:

Oxşar xəbərlər