3 Mart 2017 11:04
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün baş tutan ticarət sessiyasında "Brent" markalı neftin qiyməti 2,2% azalaraq 55,01 dollaradək enib. "APA-Economics"in xəbərinə görə, "Alpari" treyder şirkətinin analitikləri hesab edir ki, neftin ucuzlaşmasına səbəb dolların indeksinin möhkəmlənməsidir.


Analitiklər qeyd edir ki, FED rəsmiləri artıq indidən bazarları mart ayında uçot dərəcəsinin artırılacağına hazırlayır. "CME Group's FedWatch"un təqdim etdiyi rəqəmlərə əsasən, martda uçot dərəcəsinin artırılması ehtimalı 66,4%-dən 75,3%-dək, mayda 71,4%-dən 79%-dək, iyunda isə 84,6%-dən 89,6%-dək artıb.

Neft bazarında gərginlik artmaqdadır. Hazırda bütün diqqətlər FED-in iclasına və tənzimləyicinin rəsmilərinə yönəlib.


Hazırda "Brent" markalı neft 55,13 dollar ətrafında ticarət olunur. Gün ərzində qiymət 54,80 dollardan aşağı enərsə, növbəti 3 ticarət günü ərzində "Brent" markalı neftin dəyərinin 52,85 dollaradək azalacağını gözləmək olar. Yox, əgər qiymət 55,70 dollar həddini aşa bilsə, müsbət dinamikanın davam edəcəyini gözləmək olar.


Müəllif: