“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir. Quyu qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.