2016-cı ildə Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin sayı 544, mehmanxanaların sayı 536, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı isə 38 min olub.
Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı ötən il 49 min nəfərə çatıb.