10 İyul 2014 15:10
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin 1-ci yarımilliyi ərzində dövlət vergi orqanlarına 47625 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz çoxdur.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş müraciətlərin 98,4 faizi ərizə, 1,4 faizi şikayət, digərləri təklif olmuş, 146 şikayətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlərin 73,7 faizi müsbət həll olunub, 15,5 faizi barədə müvafiq izahatlar verilib, 4,4 faizi əsassız sayılıb, 1,4 faizi qismən həll olunub, 0,8 faizi aidiyyəti üzrə göndərilib, 4,2 faizi icradadır.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 231-i eyni, 44-ü təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 403 məsələ barədədir.

Daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azalıb. Ümumilikdə şikayətlərin 33,7 faizi əsassız sayılıb, 39,5 faizi üzrə müvafiq izahatlar verilib, 11,8 faizi müsbət həll olunub, 5 faizi aidiyyəti üzrə göndərilib, 0,6 faizi qismən həll olunub, 9,4 faizi icradadır.

Prezident Administrasiyasından nazirliyin aparatına 183 müraciət, o cümlədən 103 ərizə, 80 şikayət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müraciətlərin ümumi sayı 11,6 faiz, ərizələrin sayı 16,9 faiz, şikayətlərin sayı isə 3,6 faiz azalıb.

2014-cü ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilib. Qəbul edilmiş vətəndaşların müraciətlərinin 72,5 faizi maddi yardım almaq, şəxsi və digər məsələlər, 21 faizi vergi orqanlarında işə qəbul olunma, 4,5 faizi iş yerinin dəyişdirilməsi, 2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət ilə əlaqədar olub.

Vergilər naziri Fazil Məmmədov tərəfindən cari ilin birinci yarısında Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında ümumilikdə 200 nəfərdən çox vətəndaş qəbul edilib.

Naibə


Müəllif: