Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100356S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
"Report" bu barədə Palataya istinadla xəbər verir. Sözügedən notların ümumi həcmi 50 mln. manat, tədavül müddəti isə 28 gündür.