14 Mart 2017 11:01
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrana gedən Azərbaycan vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər