14 Mart 2017 13:36
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar-fevral aylarında vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan müraciətlərinin bir qismində sosial xarakterli ödənişlərin gecikdirilməsi halları əksini tapıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, müraciətlərlə əlaqədar Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində yanvar-fevral aylarında işəgötürənlər tərəfindən 53259 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Qeyd olunan vəsaitin 97,7 faizini əmək haqları, 1,6 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.

Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmə ilə bağlı müraciətləri də obyektiv şəkildə araşdırılıb. Qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunan şəxslərin yenidən əvvəlki işlərinə bərpası təmin olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: