17 Mart 2017 16:25
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib.

AMB-nin baş direktoru Akşin Vəliyevin imzası ilə daxil olan məktubda banklara Novruz bayramı günlərində müştərilərin nağd pula olan tələbatının ödənilməsi üçün müvafiq addımların atılması tövsiyə olunur.

Məktubda deyilir ki, banklar bayram günlərində müştərilərin nağd pula olan tələbatının nominallar üzrə müvafiq strukturda təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir. Həmçinin, AMB nağd pul ehtiyatının yaradılmasını da tələb edir.

Məlumata görə, AMB-də məsələ ilə bağlı "Qaynar xətt" yaradılıb və bayram günləri nağd pula tələbatla bağlı ciddi zərurət yaranarsa banklar "Qaynar xət"lə əlaqə saxlaya bilər.

1Əlavə edək ki, AMB-nin kassa xidməti yalnız bu gün uzadılmış iş rejimində çalışacaq.
/Report/


Müəllif:

Oxşar xəbərlər