Azərbaycanın dünya bazarına çıxardığı "AzeriLight" markalı xam neftin 1 barelinin qiyməti 0,08 dollar və ya 16% artıb.
Teleqraf/com xəbər verir ki, "AzeriLight" markalı neftin bir barelinin qiyməti 51,66 dollara bərabər olub.
"AzeriLight" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Layt” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar bahalaşaraq 48,01 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar artaraq 51,01 dollar olub.