28 Mart 2017 18:33
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının sonunda Türkiyə Prezidentinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, bu xəttin açılışı ilə Avropa və Pekin arasında fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Hazırda yüklər 45-60 gün arasında daşınırsa yeni xəttin istifadəyə verilməsi ilə bu müddət 12-15 günə qədər azalacaq.


Müəllif:

Oxşar xəbərlər