Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar bahalaşaraq 49,65 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 52,48 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,54 dollar bahalaşaraq 53,03 dollar təşkil edib.