Yanvar-fevral aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 42,0 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə toxuculuq sənayesində 2,6 dəfə, geyim istehsalında 48,5 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 36,2 faiz azalma müşahidə olunub.