Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 50 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 52,87 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar bahalaşaraq 53,72 dollar təşkil edib.