7 Aprel 2017 17:01
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda bankların pis vəziyyətə düşməsi iqtisadi böhran və ya katakilizmə bağlı deyil. Bu, bank sahiblərinin maliyyə oğurluğu ilə əlaqədardır. Biz bu məsələləri sağlamlaşdırmalıyıq”.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında “Banklar haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, vaxtilə Mərkəzi Bank tərəfindən bu cür halların qarşısının alınması ilə bağlı nəzarət mexanizmi var idi:“ Lakin sonradan hərəyə 1 milyard verildi. Onlar da həmin pulları götürüb gediblər. İndidə dövlət onları harada axtarıb tapsın? Buna nəzarət edən şəxslər cavab verməlidirlər. Digər tərəfdən, biz vətəndaşlarımızın da hüquqlarını qorumalıyıq. Bir daha təkrara edirəm, bunu iqtisadiyyatla bağlamaq lazım deyil. İqtisadiyyatımız kifayət qədər inkişaf edir. Sosial islahatlar həyata keçirilir. Amma bank sistemində paralel şəkildə bu islahatlar həyata keçirilmir”.

S.Novruzov deyib ki, bank sistemi öz maraq və mənafelərini güdür: “Bu baxımdan banklar kökündən sağlamlaşdırılmalıdır. Bir nəfər demir ki, banklarda vətəndaşa verilən kreditin faizi niyə belə yüksəkdir? Bu nəyə əsaslanır? Banklar niyə görə bu cür yüksək faizlə kredit verdiklərini izah etsinlər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər