Dövlət Gömrük Komitəsinin xətti ilə 2017-ci ilin mart ayında dövlət büdcəsinə 202 min 177,30 min manat həcmində vergi və rüsumlar daxil olub.
DGK-dən Teleqraf.com-a verilən məlumata görə, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə daxilolmalar 28 523, 82 min manat yaxud 16, 43% artıb.
Mart ayı gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 55049,40 min idxal edilən malların əlavə dəyər vergisi üzrə 139 414,20 min manat, aksizlər üzrə 5020,50 min manat, yol vergisi üzrə isə 2 693,20 min manat təşkil edib.
İlhamə ƏBÜLFƏT