27 Aprel 2017 21:52
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlər 94,8 faiz başa çatıb.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, bütün işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

O qeyd edib ki, zavod ildə 650-660 min ton karbamid istehsal edəcək və onun 150-200 min tonu daxili bazara yönəldiləcək. Məhsulun qalan hissəsi Türkiyə, Gürcüstan, eləcə də Qara dəniz və Aralıq dənizi regionu ölkələrinə ixrac olunacaq.

Bundan başqa, X.Cəfərov qeyd edib ki, Azərbaycanda karbamid zavodunun tikintisinə baxmayaraq, Gürcüstanda da karbamid zavodunun tikilməsi məsələsi gündəmdən düşməyib.


Müəllif:

Oxşar xəbərlər