2 May 2017 13:48
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biri elan edilib.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bu gün Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, Azərbaycanda Turizm Şurası yaradılıb və Şuranın tərkibində 18 dövlət orqanının nümayəndəsi çalışır:

“Biz Azərbaycana daha çox turistlərin gəlməsinə nail olmalıyıq. Qanun layihəsində yeni turizm zonalarının yaradılması, keyfiyyət baxımından yeniliklər, elektron turizm xidmətlərinin geniş tətbiqi üçün müvafiq tədbirlər əksini tapıb”.

Ə.Qarayev qeyd edib ki, ölkəyə davamlı turist axınını təmin etmək üçün monitorinq aparılıb və Azərbaycana daha çox turistlərin gələ biləcəyi 15 ölkə müəyyən edilib: “Görülmüş tədbirlər nəticəsində bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb. Belə ki, ötən ilin 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəyə gələn turistlərin sayı 25 faiz artıbsa, müəyyən edilən 15 ölkədən Azərbaycana gələn turistlərin sayında 36 faizlik artım qeydə alınıb”.

Cavad


Müəllif:

Oxşar xəbərlər