3 May 2017 10:23
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümumi dəyərləndirmə aparmalı olsaq, Azərbaycan iqtisadi resurslar baxımından kifayət qədər zəngin ölkələr sırasına daxil edilə bilər. Cəmiyyətin demoqrafik vəziyyəti əmək bazarını yetərincə iş qüvvəsi ilə təmin edir. Ölkənin zəngin təbiəti, böyük təbii ehtiyatları, coğrafi mövqeyi və digər üstünlükləri onun iqtisadi inkişaf imkanları və ehtiyatlarının əhəmiyyətli qismini təşkil edir. Lakin sadalananlar görünən və islahat nəticəsində aşkar edilərək hərəkətə gətirilməli olan ehtiyatların heç də hamısı deyil. Bu gün iqtisadi dövriyyəyə cəlb edilməmiş xeyli ehtiyat mövcuddur ki, onlardan səmərəli istifadə edilməsi gələcək illərdə yüksək və davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynamaq imkanlarına malikdir".

"Ümumi dəyərləndirmə aparmalı olsaq, Azərbaycan iqtisadi resurslar baxımından kifayət qədər zəngin ölkələr sırasına daxil edilə bilər. Cəmiyyətin demoqrafik vəziyyəti əmək bazarını yetərincə iş qüvvəsi ilə təmin edir. Ölkənin zəngin təbiəti, böyük təbii ehtiyatları, coğrafi mövqeyi və digər üstünlükləri onun iqtisadi inkişaf imkanları və ehtiyatlarının əhəmiyyətli qismini təşkil edir.

Lakin sadalananlar görünən və islahat nəticəsində aşkar edilərək hərəkətə gətirilməli olan ehtiyatların heç də hamısı deyil. Bu gün iqtisadi dövriyyəyə cəlb edilməmiş xeyli ehtiyat mövcuddur ki, onlardan səmərəli istifadə edilməsi gələcək illərdə yüksək və davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynamaq imkanlarına malikdir".

"APA-Economics" xəbər verir ki, bu barədə baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Baş nazirin müavini bildirib ki, Azərbaycanın demoqrafik vəziyyəti ölkənin əmək bazarına kifayət qədər böyük ehtiyatların çıxarılmasına imkan yaradır: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkənin təxminən 10 milyona yaxın əhalisinin 68,8%-i əməkqabiliyyətli yaşda, 22,5%-i əməkqabiliyyətli yaşadək, 8,7%-i əməkqabiliyyətli yaşdan yuxarı olub.

Mütləq rəqəmlərlə ifadə edilsə, Azərbaycanda təxminən 6,5 milyon nəfər əməkqabiliyyətli yaşda insan var. Müqayisə üçün bir neçə nümunəyə diqqət yetirək.
Əhalisi Azərbaycan əhalisinə bərabər olan Çexiyada (10/5,5), İsveçrədə (9,8/5), Belarusda (9,4/5) və bir sıra digər ölkələrdə xeyli fərqli mənzərə müşahidə olunur. Beləliklə, əməkqabiliyyətli əhalinin yüksək çəkisi Azərbaycanın iqtisadi inkişaf potensialının kifayət qədər ciddi ehtiyatlara söykəndiyini söyləməyə əsas verir.

Bu, eyni zamanda Azərbaycanın əmək bazarını xarici sərmayələr və iş adamları üçün cəlbedici edə bilər. Bizim ölkədə əhalinin təhsil səviyyəsinin yüksək olması, zəruri infrastruktur şəraitinin təmin edilməsi və digər səbəblər də nəzərə alınarsa, sözügedən cazibədarlıq qat-qat arta bilər".

Əli Əhmədovun fikrincə, bütün hesablamalar göstərir ki, Azərbaycanın əmək bazarı istehlakçılara daha ucuz və keyfiyyətli məhsul təqdim etməyə qadirdir və bunun sayəsində ölkənin rəqabət qabiliyyətinin xeyli artırılması tamamilə real görünür: "Üstəgəl, bazarlara yaxınlıq, inşa edilməkdə olan logistik mərkəz və daşınma xətləri Azərbaycanın əmək bazarına olan diqqəti artıran amillər sayıla bilər".


Müəllif:

Oxşar xəbərlər