3 May 2017 10:51
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırkı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) “AzİnTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti “Strategic Link Communications İnc.” şirkətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən cəmiyyət 1 milyon 700 min 262 ABŞ dolları əsas borc, 1 milyon 345 min 792 ABŞ dolları məbləğində cərimə borcu barədə iddia irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan “AzİnTelekom” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.


Müəllif:

Oxşar xəbərlər