8 May 2017 12:40
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir neçə gündən sonra Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları start götürür. Biz yaddan çıxarmamalıyıq ki, gömrük orqanlarının funksiyaları iqtisadi təhlükəsizlikdən ümumi təhlükəsizlik səviyyəsinə qədər artıb". Teleqraf.com "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Bir müddət öncə türkiyəli iş adamları "Sınıq Körpü" gömrük keçid məntəqəsində yüklərin yoxlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı təkliflər verib. Bu təklifə münasibət bildirən A.Əliyev bildirib: "Mən təklif edərdim ki, hər hansı iş adamı öz ölkəsində xidmətinin təkmilləşdirilməsi barədə təkliflərini versin. Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsinə gəlincə, bu gün prezident İlham Əliyevin diqqəti sayəsində bu proses kifayət qədər sadələşdirilib, gömrük sahəsində biz kifayət qədər lazımı avadanlıqla təmin olunmuşuq. Biz dövlət başçısının tapşırıqlarından irəli gələn işləri həyata keçiririk. Biz bəzən günlərlə, həftələrlə "Sarı Qapı" gömrük keçid məntəqəsində maşınların dayandığı görürük. Bəs bu zaman onlar niyə təkliflər vermir? Biz heç vaxt yaddan çıxarmamalıyıq ki, narkoticarət üçün Azərbaycandan tranzit ölkə kimi istifadə edilmə ehtimalı var. Bizim ötən il uğurlu əməliyyatlarımız da bunu sübut edir. Bu il də külli miqdarda narkotik vasitələr aşkar edərək götürmüşük. İkincisi, Azərbaycanda bir neçə gündən sonra İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yaddan çıxarmamalıyıq ki, gömrük orqanlarının funksiyaları iqtisadi təhlükəsizlikdən ümumi təhlükəsizlik səviyyəsinə qədər artıb. Bu ölkənin daxili işidir. Biz gömrük nəzarətinin hansı formada həyata keçirilməsini bilirik".


Müəllif:

Oxşar xəbərlər