11 May 2017 00:42
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP-nin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir, onların çoxu rəhbər vəzifələrdədir.

Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, bu ilin birinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Məlumatda bildirilir ki, şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir:

“BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100 faiz yerli vətəndaşlardan ibarətdir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər