Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi mayın 10-u ilə müqayisədə dəyişməyərək 1,7026 manat təşkil edib.
Avro isə manata nisbətən zəifləyərək 1,8508 manat olub.
Rusiya rublu mayın 10-u ilə müqayisədə möhkəmlənərək 0,0296 manat səviyyəsində qərarlaşıb.
1 türk lirəsi 0,4746 manat, Gürcüstan larisi 0,6972 manatdır.