Teleqraf.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu, martın 1-nə olan analoji göstərici ilə müqayisədə 3,6 bənd yüksəkdır.
Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 6,6 bənd artıb.
Real effektiv məzənnənin artması manatın dəyərinin Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir.
Manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 bənd olub.