14 May 2017 16:14
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-Qars dəmir yolu yaxın bir neçə ayda istifadəyə veriləcək.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pekində “Bir kəmər- bir yol” forumun açılışında deyib.

Onun sözlərinə görə, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə edir.

Yeni İpək yolu dünyada 60-dan çox ölkənin ərazisindən keçir və 4,5 milyard insanı əhatə edir, deyə Türkiyə prezidenti qeyd edib.


Müəllif:

Oxşar xəbərlər