2 İyun 2017 13:09
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlim Müslümov iş yerlərinə çıxış imkanlarının azalmasının səbəbini açıqlayıb

"Azərbaycanda əmək bazarına daxil olan əmək resursların çox artıb". Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, 2003-cü ildən sonra ölkədə iqtisadi və sosial şəraitin yaxşılaşması nəticəsində yeni yaradılan ailələrin və doğulan uşaqların sayı kəskin artıb. "Nəticədə biz hətta 90-cı illərin əvvəlində müşahidə olunan doğum tempinə çatdıq. Paralel olaraq ölüm sayı kəskin azaldığına görə, əmək bazarına daxil olan resursların sayında kəskin artım müşahidə olunur. Çoxlu sayda iş yerlərinin açılmasına rəğmən əmək bazarına daxil olan resursların çox olması iş yerlərinə çıxış imkanları nisbətən azalıb və bu da təbiidir", - deyə nazir qeyd edib.

"İşsizlikdən sığorta haqqında" qnuna layihəsinə toxunan S.Müslümov deyib ki, işsizlikdən sığorta olduqca vacib elementdir: "Bu sistem vasitəsilə biz müvafiq tənqidlərə cavab verə bilərik. Tənqidlərdən biri Avropa Sosial Xartiyası Komitəsinin nümayəndəsi tərəfindən səsləndi. Nümayəndə bildirdi ki, ÜDM-ə nisbətən məşğulluğa ayrılan vəsaitin xüsusi çəkisinin azdır. Buna cavab olaraq qeyd etdim ki, işsizlikdən sığorta sisteminin işə düşməsi növbəti il qeyd edilən məbləğin 3 dəfəyədək artmasına səbəb olacaq. Beləliklə, məşğulluğa ayrılan məbləğin ÜDM-dəki çəkisi də artacaq. Bununla yanaşı, işsizliksən sığorta sisteminin işə düşməsi özünəməşğulluq tədbirlərinin daha geniş şəkildə tətbiqinə şərait yaradacaq. Hazırda özünəməşğulluq tədbirləri 1400 nəfəri əhatə edir və bu tədbirlər ölkə başçısının müvafiq sərəncamı ilə ayrılan 6,6 milyon manat hesabına aparılır. Bizim hesablamalarımız göstərir ki, işsizlikdən sığorta sisteminin işə düşməsi bu məbləğin il ərzində 3-4 dəfə artmasına imkan verəcək və özünəməşğulluq tədbirləri nəticəsində yardım alan yoxsul ailələrin sayı kəskin arta bilər".


Müəllif: Teleqraf.com