3 İyun 2017 09:39
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi, yenidənqurma işlərinin satınalınması məqsədilə keçirdiyi açıq tenderin davamından imtina edib.

Bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, tenderin davamından “Dövlət Satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün imtina edilib. (report.az)


Müəllif: Teleqraf.com