5 İyun 2017 23:28
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin may ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 237 min 140 ton Azərbaycan nefti nəql olunub.

Bu barədəd Teleqraf.com-a SOCAR-dan məlumat verilib.

Məlumatda bildirilib ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.

İlhamə Əbülfət


Müəllif: Teleqraf.com