Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyunun 15-i ilə müqayisədə cüzi bahalaşaraq 1,7023 manat təşkil edib.
Rusiya rublu isə iyunun 15-i ilə müqayisədə ucuzlaşaraq 0,0294 manat səviyyəsində qərarlaşıb.
Avro da manata nisbətən zəifləyərək 1,8971 manat olub.
1 türk lirəsi 0,4832 manat, Gürcüstan larisi 0,7033 manatdır.