17 İyun 2017 09:16
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada may ayı ərzində maşın satışlarında ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faizlik arıtm qeydə alınıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, cari ilin aprel ayında maşın sənayesində çökən satışlarda ötən aydan canlanma müşahidə olunub.

Artıq əksər avtomobil istehsalçıları satışlarda artım tempini qeydə alıb.

Avropa Azad Ticarət Assosiasiyasının açıqladığı rəqəmlərə əsasən, ötən ay ərzində 1,43 milyon avtomobil satılıb. Həcm baxımından bu rəqəmlər 2007-ci il may ayı satışlarına yaxınlaşır. Lakin 2007-ci ilin may ayındakı rekord avtomobil satışlarının ardından dünyada iqtisadi böhran yaşanmışdı.

2007-ci ildən 2014-cü ilə kimi özünə gələ bilməyən Avropa avtomobil sənayesi bazarında, nəhayət, 2014-cü ildən etibarən arıtmlar qeydə alınmağa başlayıb. 2014-cü ildən bu günə kimi isə ən yüksək satış rəqəmi ötən ay olub.

May ayında ən çox satış həcmi yapon maşın markaları olan “Suzuki” və “Toyota” şirkətlərinə məxsusdur. Onlar müvafiq olaraq 21.4 və 19.6% artımla satış həyata keçiriblər. Onları alman avtomobil firması “Daimler” 14 faizlə izləyib.


Müəllif: Teleqraf.com