2 İyul 2017 19:42
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller ilə Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.

Bu barədə "Qazprom"un mətbuat xidməti məlumat yayıb. Danışıqlar iyunun 2-də Sankt-Peterburqda baş tutub.

"Görüş iştirakçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət, xüsusilə, Azərbaycana təbii qaz tədarükündən gedib", - deyə məlumatda bildirilir.

"Qazprom" 2000-ci ildən 2006-ci ilədək Azərbaycana qaz tədarük edib. Lakin "Şahdəniz" yatağının kəşfindən sonra Azərbaycan Rusiyadan qaz alışını dayandırıb.
/Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər