Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, respublika üzrə ümumilikdə biçiləcək 954 736 hektar taxıl sahəsinin 626 min hektarını buğda, 328 min hektarını isə arpa sahələri təşkil edir.
İyulun 6-na Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən, artıq həmin sahələrin 600 min hektarı, yaxud 63 faizi biçilib. Bunun da 327 min hektarı buğda, 273 min hektarı isə arpa sahələridir.
Ümumilikdə 1 milyon 627 min 225 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 946 min tonu buğda, 681 min tonu isə arpa məhsuludur.
Hər hektardan ümumilikdə məhsuldarlıq 27 sentner, o cümlədən buğda üzrə 29, arpa üzrə isə 25 sentner təşkil edir.