13 İyul 2017 23:13
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur telefon markası "Vertu" son aylar böhran içərisindədir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bahalı telefon markasına dünyada marağın azalması, həmçinin bazarda yeni rəqiblərin çıxması ingilis şirkətini çətin vəziyyətdə qoyub.

Şirkətin bağlanması 500-ə qədər şəxsin işsiz qalması deməkdir. .

Ekspertlər bildirirlər ki, şirkətin son illər istehsal gücünü artırması onun ziyanına işlədi: "Çox sayda telefon istehsal edib baha qiymətə satmaq uğurlu alınmadı".

Qeyd edək ki, türk əsilli Hakan Uzan bu ilin mart ayında şirkəti çinli sahibindən satın almışdı.

Dünyada ən lüks telefon brendi sayılan və bir modelinin qiyməti ortalama 40 min funt sterlinq olan “Vertu”nu almaq üçün türkiyəli biznesmen 50 milyon funt sterlinq (227 milyon türk lirəsi) xərc çəkmişdi. “Vertu”nun səhmləri Hakan Uzunun Kiprdə yerləşən şirkəti “Baferton Ltd”nin ixtiyarına keçmişdi.

“Vertu” “Nokia” şirkətinin daxilində formalaşıb və 2000-ci ildə Donald Trampla bu şirkət arasında məhkəmə çəkişməsi üzündən 175 milyon funt sterlinq qarşılığında başqa şirkətə satılıb.

1998-ci ildə Nokia tərəfindən qurulan "Vertu" şirkəti 2012-ci ildə Nokianın "Symbian" proqramından çıxaraq quqlun android sisteminə müraciət edib.


Müəllif: Ruslan